Bütün “izlər” İran səfirliyinə aparır - Tehranın anti-Azərbaycan isteriyası bitmir
Tarix: 8-04-2023, 10:57
Baxılıb: 289
Google+ Paylaş
Tumblr Paylaş

Bütün “izlər” İran səfirliyinə aparır - Tehranın anti-Azərbaycan isteriyası bitmir

8-04-2023, 10:57

Proses diplomatik əlaqələrin tam kəsilməsinə doğru gedir; qovulan diplomatlar ölkədən çıxarıldı - Analitiklərin təhlili

Proses diplomatik əlaqələrin tam kəsilməsinə doğru gedir; qovulan diplomatlar ölkədən çıxarıldı - Analitiklərin təhlili
“Yeni Müsavat” yada salır ki, İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi səfirin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
Musavat.com-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilib ki, sözügedən səfirliyin 4 əməkdaşı ölkəmizdə casusluq fəaliyyəti ilə məşğul olurmuş. Onlar məhz bu səbəbdən “persona-non-qrata” (“arzuolunmaz şəxs”) elan edilərək ölkədən qovulub. Həmin şəxslərə ölkədən çıxmaları üçün 48 saat vaxt verilib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, sözü gedən diplomatlar bunlardır: Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər.
arzuolunmaz-diplomatlar-haradadir
Qeyd edək ki, bu, iki ölkə münasibətləri tarixində ilk belə qalmaqallı hadisədir və sözsüz ki, İranın Azərbaycanla bağlı təxribatçı planlarının nə dərəcədə çoxzəncirli olduğunun bariz sübutudur. Eyni zamanda, rəsmi Tehranın normal qonşuluq əlaqələrində maraqlı olmadığının, konfrontasiya kursu götürdüyünün daha bir sübutudur. Proseslərin gedişi Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinin dayandırılması ehtimallarını gücləndirir. Eləcə də İranın Bakıdakı səfirliyi bağlana və bununla da ilk dəfə diplomatik əlaqələr kəsilə bilər. Çünki Tehrandakı Azərbaycan səfirliyi terror hücumu ilə bağlı onsuz da öz fəaliyyətini dayandırıb.
Casus şəbəkəsinin davam edən uğurlu ifşa faktları, az qala hər gün açıqlanan həbslər, deputat Fazil Mustafaya terror hücumunun icraçılarının qısa zamanda yaxalanması sözsüz ki, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığına dəlalət edir. Amma görünən odur ki, İranın ölkəmizdəki “proksi” qüvvələrinin qalıqları heç nəyə məhəl qoymadan öz işlərindədir.
İranın həbs olunan casus şəbəkəsi və Xankəndidə gizlənən cəza dəstəsi —  Səfirliyə terror hücumu ilə inanılmaz əlaqə
Yeri gəlmişkən, Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir. “MOUZE” “Telegram”ın məlumatına görə, həyata keçirilən əməliyyatlar zamanı bu dəfə Bakının Binə qəsəbə sakini, ruhani kimi özünü tanıdan Əli Behişti də saxlanılıb.
Bəs fars-molla rejimi nə vaxtadək Azərbaycan dövlətinin altını qazımağa davam edəcək, öz bəd əməllərindən nə zaman əl götürəcək? Hətta əzəli düşməni Səudiyyə Ərəbistanı ilə təzəlikcə barışan İranın ölkəmizə qarşı aqressiv münasibəti niyə bitmir? Bakı 48 saat vaxt qoyub. Niyə məhz 48 saat? Diplomatik praktikada bu nə deməkdir?
Elxan Şahinoğlu: “İşğalçıya təzyiqləri artırmalıyıq”
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İranın Səudiyyə Ərəbistanı ilə münasibətləri 2016-cı ildə pozulub: “Həmin il Səudiyyə Ərəbistanında şiə din xadimləri terrorçuluq ittihamı ilə edam ediliblər. Bundan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib və iranlı nümayişçilər tərəfindən yandırılıb. Bu təxribata cavab olaraq Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib, Tehran isə bu ölkədəki səfirini geri çağırıb”.
Analitik hesab edir ki, İran öz ətrafında problemlərin sayını azaltmaq məntiqiylə Azərbaycanla da münasibətlərin keçmiş illərdəki nisbətən normal axarına qaytarmağa çalışmalıdır: “Əgər Tehran Azərbaycanın ABŞ-la İsrailin anti-İran koalisiyasında yer ala biləcəyindən şübhəlidirsə və naharatdırsa, Səudiyyə Ərəbistanı ilə olduğu kimi Azərbaycanla da münasibətlərin normallaşmasına çalışmalıdır. Ancaq hələ ki, bunun tərsi baş verir. Tehran münasibətlərin gərginləşməsi yolundan imtina etməyəcəyi halda Azərbaycanın anti-İran koalisiyasında yer alması ehtimalı artacaq”. 
Cümhuriyyətin de-fakto tanınması tarixin gedişinə təsir etdi – Tarixçi şərhi  - 11.01.2019, Sputnik Azərbaycan
Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynovun fikrincə, son həftələrdə keçirilən əməliyyatlar nəticəsində İrana casusluqda şübhəli bilinən və həbs edilən şəxslərlə bağlı aparılan istintaq fəaliyyətinin artıq ilkin nəticələri var: “Bu diplomatların da ”persona-non-qrata" elan edilməsinin sözügedən nəticələrlə bağlı olduğunu düşünmək daha ağlabatandır. Hər halda qarşıdakı günlərdə biz Azərbaycan dövlətinin verdiyi qərarın səbəb və nəticələrini daha konkret şəkildə görəcəyik".
Prezidentin çıxışı Azərbaycanın Fransa qarşısında heç bir halda geri  çəkilməyəcəyinin mesajıdır” - » Missiya.az - Xəbər portalı
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Bakıdakı səfirlik İranın Azərbaycan daxilində həyata keçirmək istədiyi planların mərkəzi rolunu oynaya bilər və istisna deyil ki, “arzuolunmaz şəxs” elan edilən 4 diplomatın bu addımları idarə edəcək fiqurlar olduğuna dair kəşfiyyat məlumatları olub: “Ötən ilin noyabrında DTX-nin keçirdiyi əməliyyat da İran səfirliyinin bu kimi fəaliyyətinə dair faktları ortaya çıxardı. Rəsmi məlumatda bildirilirdi ki, ”İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər". Bu fakt İranın Bakıdakı səfirliyi və əməkdaşlarının casusluq, eləcə də digər fəaliyyətlərdə mərkəz və icraçı rolunu oynayacağı ehtimalını artırır. İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar onların əl-qolunu bağladığı üçün bu situasiyada diplomatik toxunulmazlığı olan səfirliyin daha “effektiv” fəaliyyət göstərmək imkanları var. Səfirliyin əməkdaşları İran şəbəkəsinin koordinasiya edilməsini, əlaqələrin qurulmasını təmin edə bilərlər. Diplomatik toxunulmazlığa görə yoxlanılmayan səfirlik avtomobillərindən casusların ölkədən çıxarılması, yaxud ölkəyə daxil edilməsi, o cümlədən, İran şəbəkəsinin təchizatının həyata keçirilməsi üçün istifadə oluna bilər: bu təchizatın silah-sursat olması ehtimalı da istisna edilməməlidir".
Ekspert düşünür ki, bu kontekstdə 4 iranlı diplomatın statuslarına uyğun olmayan fəaliyyətinin bundan ibarət olduğu, eləcə də gələcəkdə eyni məqsədlə daha genişçaplı işlər görə biləcəyi üçün “persona-non-qrata” elan edildiyi versiyası ön plana çıxır: “Rəsmi Bakı bununla mümkün təhlükəni neytrallaşdırır. Bu addımın hazırki səfirlə müqayisədə daha sərt mövqeyi ilə tanınan və fəaliyyətə başlayacağı təqdirdə Azərbaycanda ”iğtişaş ssenariləri"ni tətbiq edə biləcəyi gözləntisi olan yeni səfirin gəlişindən öncə atılması da xüsusilə diqqət çəkir".
P.S. Qəzet çapa gedərkən məlum oldu ki, Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk ediblər. Onlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ