Sanna Marin: "Ukraynadakı münaqişə göstərdi ki, Avropa yetərincə güclü deyil"
Tarix: 2-12-2022, 14:44
Baxılıb: 369
Google+ Paylaş
Tumblr Paylaş

Sanna Marin: "Ukraynadakı münaqişə göstərdi ki, Avropa yetərincə güclü deyil"

2-12-2022, 14:44

Ukraynadakı münaqişə ilə bağlı vəziyyət göstərdi ki, Avropa təkbaşına, ABŞ-ın köməyi olmadan kifayət qədər güclü deyil.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri Finlandiyanın baş naziri Sanna Marin Sidneydəki Lou İnstitutunda çıxışı zamanı səsləndirib.
"Açıq və tam səmimi deyirəm: Avropa hazırda kifayət qədər güclü deyil. ABŞ-ın Ukraynadakı müharibədə iştirakı olmasaydı, biz çətin vəziyyətə düşərdik", - deyə Sanna Marin bildirib.
Finlandiyanın baş naziri ABŞ-ın iştirakı dedikdə, Ukraynaya göstərilən hərbi, maliyyə və humanitar yardımı nəzərdə tutduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropanın müdafiə və müdafiə sənayesi baxımından imkanları inkişaf etdirilməlidir.
Baş nazir xüsusi qeyd edib ki, Çin münaqişənin dayandırılmasında “vacib rol” oynaya bilər, lakin Avropa onun köməyinə arxalana bilməz, əksinə, öz gücünə güvənməlidir.
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ