Fransa XİN-in siyasi riyakarlığı və ikiüzlülüyü - Deputatın yazısı
Tarix: 2-12-2022, 12:35
Baxılıb: 298
Google+ Paylaş
Tumblr Paylaş

Fransa XİN-in siyasi riyakarlığı və ikiüzlülüyü - Deputatın yazısı

2-12-2022, 12:35

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatası Senatın ardınca Azərbaycana qarşı qəbul etdiyi növbəti bədnam qətnaməsi ilə bu ölkənin nə qədər qərəzli olduğunu bir daha sübut etdi.
Burada qərəz ifadəsi bəlkə daha yüngül ifadədir, çünki fransız deputatların Azərbaycana qarşı sərgilədiyi siyasətin bir adı var - düşmənçilik və riyakarlıq.
Təsəvvür edin ki, səsvermədə iştirak edən 256 nəfər deputatın arasında bir nəfər vicdanlı deputat tapılmadı ki, bu biabırçı qətnamənin ya əleyhinə səs versin, ya da heç olmazsa, bitərəf qalsın.
Bununla da fransızların hamısı bir nəfər kimi nümayiş etdirdilər ki, beynəlxalq hüququn, BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının onlar üçün heç bir dəyəri yoxdur. Fransa parlamenti ilə məsələ aydındır və bunlara çox vaxt sərf etməyə dəyməz. Ancaq qətnamə ilə bağlı Fransa hökumətinin ikrah doğuran və ikiüzlü açıqlaması diqqətdən kənarda qalmamalıdır.
Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, guya ki, parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.
Lakin biz bilirik ki, hökumətin sözçüsü yalan danışır, belə ki, Milli Assambleyada qətnamə layihəsi müzakirə olunarkən Fransa XİN-in nümayəndəsi çıxış edib və deputatları sənədin lehinə səs verməyə çağırıb. Digər tərəfdən, Fransanın Prezident Administrasiyasının nümayəndələri də açıq şəkildə sənədin təşviqi ilə məşğul olub. Ermənistanın səfiri də iclas salonunda olub və bütün prosesə nəzarət edib, yəni Fransa hökumətinin “Parlament müstəqildir” və ya “qətnamədəki çağırışlar hökumətin rəsmi mövqeyi deyil” fikirləri, yumşaq desək, ciddi səslənmir və həqiqətə uyğun deyil.
Əgər doğrudan da Fransa hökumətinin hər iki palatanın qətnamələrini Azərbaycana qarşı “Domokl qılıncı” kimi istifadə etmək kimi məkrli planı yoxdursa, o zaman prezident Makron və ya ən azı xarici işlər naziri səviyyəsində bəyan edilsin ki, həm Senatın, həm də Milli Assambleyanın qəbul etdikləri qətnamədə Azərbaycanın əleyhinə olan müddəaların heç birini dəstəkləmirlər. Ancaq təəssüf ki, belə bir cəsarəti və ya ədaləti Makrondan və onun ermənilərin siyasi və maddi girovuna çevrilən hökumətindən gözləmə
Instagram


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ