Putin uduzacaq, Avropa qazanacaq - SENSASİON AÇIQLAMA
Tarix: 14-09-2022, 18:41
Baxılıb: 372
Google+ Paylaş
Tumblr Paylaş

Putin uduzacaq, Avropa qazanacaq - SENSASİON AÇIQLAMA

14-09-2022, 18:41

Rusiya yaxın gələcəkdə Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların ləğvinə ümid etməməlidir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu çərşənbə günü Strasburqda Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
"Sanksiyalar qalacaq. Bu, Putinin seçdiyi ölüm və məhv yolu üçün ödənilən bədəldir. Putin uduzacaq, Avropa qalib gələcək", - fon der Leyen deyib.
O, həmçinin Avropanın müharibənin ilk günündən Ukraynanın tərəfində olduğunu və gələcəkdə də bu ölkəyə dəstək verəcəyini vurğulayıb.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Avropa ölkələri artıq Ukraynaya silah tədarükü xaric 19 milyard avro dəyərində maliyyə yardımı edib.
Ursula fon der Leyen Avropa Parlamentinin deputatlarına müraciətində Rusiyadan qaz nəqlinin dayandırılması ilə əlaqədar enerji böhranı fonunda avropalılar üçün maliyyə yükünü azaltmağı planlaşdıran qanun layihəsini də təklif edib. Avropada qazın qiyməti keçən illə müqayisədə 10 dəfə bahadır.
Qanun layihəsində nəzərdə tutulur ki, qazdan elektrik enerjisi istehsal etməyən şirkətlər meqavat/saat üçün 180 avro məbləğində artıq mənfəəti dövlətə tutmalıdırlar.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, təklif olunan qanun layihəsində Aİ ölkələrinə böhranın mənfi təsirlərini yumşaltmaq üçün 140 milyard avrodan çox vəsait verilməsi nəzərdə tutulur.
"Rusiya təkcə Ukraynaya qarşı müharibə başlatmadı. Bu, həm də enerjimizə, iqtisadiyyatımıza, dəyərlərimizə və gələcəyimizə qarşı müharibədir. Bu qarşıdurmada 27 Aİ ölkəsindən dözüm və həmrəylik tələb olunacaq",-deyə Avropa Komissiyası sədri bəyan edib.
REPORTYOR.TV


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ