ABŞ Ukraynaya bu silah və sursatı verəcək - SİYAHI
Tarix: 19-08-2022, 23:50
Baxılıb: 462
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ Ukraynaya bu silah və sursatı verəcək - SİYAHI

19-08-2022, 23:50

ABŞ-ın son hərbi yardım paketi Ukraynaya kəşfiyyat və müşahidə pilotsuz uçan aparatlarının və zirehli döyüş maşınlarının təhvil verilməsini nəzərdə tutur.
reportyor.org "Reuters"ə istinadla xəbər verir ki, bu barədə cümə günü ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi məlumat verib.
Adının açıqlanmasını istəməyən məmur paketin 775 milyon dollar dəyərində olduğunu və əlavə sursat və haubitsa sistemlərinin də yer alacağını bildirib.
Paketə aşağıdakılar daxildir:

  • HIMARS üçün sursat
  • Onlar üçün 16 ədəd 105 mm-lik haubitsa və 36 min artilleriya mərmisi
  • 15 ədəd "Scan Eagle" dronları
  • 40 ədəd MRAP (Mina və Pusuya Davamlı Zirehli Maşınlar)
  • Yüksək sürətli radiasiya əleyhinə raketlər
  • TOW raket sistemləri
  • 1000 ədəd əlavə Javelin zireh əleyhinə sistem
  • 2000 ədəd zireh əleyhinə mərmi
"Biz Ukraynanın döyüş meydanında HIMARS-dan məharətlə istifadə etdiyini gördük. Bu uzaqmənzilli atəş qabiliyyəti həqiqətən döyüş meydanındakı dinamikanı dəyişdi. Ona görə də əmin olmaq istəyirik ki, Ukrayna öz ehtiyaclarını ödəmək üçün davamlı sursat axınına malik olsun", - Pentaqon bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin administrasiyası bu gün Ukraynaya yeni hərbi yardım paketini açıqlaya bilər .
Bundan əvvəl ABŞ 1 milyard dollarlıq yeni yardım paketi ayırmışdı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ