Şuşada mühüm qərarlar qəbul olunacaq - RƏSMİ
Tarix: 20-04-2022, 12:58
Baxılıb: 395
Google+ Paylaş
Tumblr Paylaş

Şuşada mühüm qərarlar qəbul olunacaq - RƏSMİ

20-04-2022, 12:58

"Dünya azərbaycanlıları bütün qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu ediblər".
Publika.az "Report"-a istinadla xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dünya Azərbaycanlıların V Qurultayı aprelin 22-23-də Şuşada keçiriləcək: “Bu, Qarabağ Zəfərindən sonra dünya azərbaycanlılarının ilk qurultayıdır. Bu qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının Mədəniyyət paytaxtında keçiriləcək qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ