Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır
Tarix: 24-03-2022, 14:42
Baxılıb: 367
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır

24-03-2022, 14:42

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O qeyd edib ki, dünyada və regionda vəziyyət gərgindir:
“Biz də bu gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırıq. Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.
Baş nazir söyləyib ki, iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ