Müğənnilərin karantin günləri belə keçir: “Bakıya baxıb ağlayıram, qala bilmirəm” – Fotolar
Tarix: 20-04-2020, 23:53
Baxılıb: 652
Google+ Paylaş
Tumblr Paylaş

Müğənnilərin karantin günləri belə keçir: “Bakıya baxıb ağlayıram, qala bilmirəm” – Fotolar

20-04-2020, 23:53

Karantin günlərini sənət adamları da evdə qalaraq keçirir. Toylar, tədbir və çəkilişlərdə olduqları üçün evdə vaxt keçirə bilməyən məşhurlar demək olar ki, karantinin hər anını sosial şəbəkədə paylaşırlar. Onlardan kimisi yemək bişirərək, kimisi kitab oxuyaraq, kimisi də yeni mahnılar ifa edərək gününə rəng qatmağa çalışır.

Musavat.com da müğənnilər arasında sorğu keçirib və onların karantin günlərini öz dillərindən öyrənib.

 
gunay_ibrahimli_93398300_130420178567441_3274641527470622262_n.jpg (232 KB)
Müğənni Günay İbrahimli karantin günlərini evdə keçirənlərdəndir. Müğənni bildirib ki, vaxtını ev işləri görərək keçirir:

“Yeni mahnım hazırdır, sözləri və musiqisi Zülfü Bədəlova, aranjemanı  Elvin Musayevə aiddir. Çox gözəl mahnıdır. Məncə, hamı bu mahnıdan danışacaq.

Mənim kimi hər gün ev işi görən evdar xanımlar var, görəsən? Evdə bitmək bilməyən işlərdən yorulsam da, üzüm daim gülür. Bütün günü qab yuyuram Günümü maraqlı etmək üçün evdə fotosessiyalar edirəm”.
753068.jpg (77 KB)
Müğənni İzzət Bağırov deyib ki, karantini evdə övladları ilə keçirir:
“Biz də dövlətimizin qoyduğu qaydalara əməl edənlərdənik. Karantin günlərini evdə ailəmlə keçirirəm. Oğlanlarımla oyunlar oynayıram, dərsləri ilə məşğul oluram Bəzən verilişlərə çəkilişə gedirəm. Qalan vaxtlar isə evdən çıxmıram. 
Bu çətin günlərdə insanları bir-birinə dəstək olmağa çağırıram. Mənə də yazırlar ki, yardım etmirsən. Amma mən hər şeyi detalları ilə göstərməyi sevmirəm. Yardımlar ehtiyacı olana çatdırırıq, Allah görürsə, mənim üçün bəsdir”.
98428788-f984-422f-9140-4d9357da8e7a.jpg (85 KB)


Müğənni Afət Fərmanqızı yeni mahhnılar hazırlayır. Müğənni bildirib ki, karantindən sonra iki mahnı təqdim edəcək:
“Evdə heç darıxmıram. Ev işləri görürəm, yemək hazırlayıram. Mən həmişə planlı iş görürəm. Karantin günlərində də  sənət fəaliyyətimlə bağlı planlar qururam. Bilirsiniz ki, yardım kampaniyasına qoşuldum. Öncə özümün, sonra dostlarımın köməyi ilə 1000 ailəni sevindirdik. Forte-pianoda ifa edirəm, maraqlı filmlər izləyirəm, idmanla məşğul oluram.  Forte-pianoda “Evdə qal” sinqlı hazırlamışam. Vaxtımı maraqlı keçirirəm, heç darıxmıram. Özümə vaxt ayırıram, üzümə, saçıma qulluq edirəm. İki mahnı hazırlamışam. Karantin bitdikdən sonra yazdırıb, dinləyicilərə təqdim edəcəm”.
 1503387041_0001.jpg (104 KB)
Müğənni Nadir Qafarzadə bildirib ki, şəhərdən kənara köçüb:
“Albalı kəndində dostumun evindəyəm. Dəbdəbəli ev olmasa da, rahatlıq var. Səhər oyanıb həyətdə gəzirəm, Toyuq-cücəyə dən atıram. Sakitlikdir, ruhum dincəlir. Arada şəhərə evimə gedirəm. O zaman da 8103-ə mesaj yazıb icazə alıram, səhəri gün qayıdıram. Şəhərdə çox qala bilmirəm. Şəhərin aurası çox ağırdır. Dolu şəhərimiz boş qalıb, baxıram şəhərə kövrəlirəm, hətta ağlayıram. O çal-çağırlı, insanların əyləndiyi şəhərin bu halı məni ağladır. Amma karantinin bir yaxşı tərəfi də var ki, övladlarına vaxt ayıra bilməyən valideynlər artıq evdədir, övladları ilə oyunlar oynayırlar. İnsanlar oturub düşünməyə zaman tapdı. İnşallah bu günlər də keçib gedər. Biz də normal həyatımıza qayıdarıq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ