Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” – FOTO
Tarix: 20-04-2020, 02:26
Baxılıb: 4 976
Google+ Paylaş
Tumblr Paylaş

Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” – FOTO

20-04-2020, 02:26

AZXEBER.COM-un müsahibi tanınmış fitnes məşqçisi, fotoları ilə sosial şəbəkələrin fenomeninə çevrilən Kəmalə İsmayılovadır.  
– Kəmalə özünüz haqda oxucularımıza qısa məlumat verərdiz…
– 1988-ci ildə anadan olmuşam. Uzun müddət karate ilə məşqul olmuşam. Dünya üçüncüsüyəm, qara kəmər sahibiyəm. 16 il karate ilə məşğul olandan sonra bir az səmti dəyişdim, fitneslə məşğul olmağa başladım. Hazırda fitnes məşqçi kimi fəaliyyət göstərirəm.
– Necə oldu ki, idmançı olmaq qərarına gəldiz? Çünki həm karate, həm də fitnes məşqçiliyi qadınlara yad sahədir…
– Tarixdə bizim Tomiris kimi döyüşkən xanımlarımız olub, onlar da döyüşlərdə olub. Düşünmürəm ki, qadının yeri mətbəxdi, onu ancaq uğursuz kişilər elə düşünür. Əlindən bir iş gəlməyən kişilər elə fikiləşir. Bilirik ki, bu gün xanımlarımız bütün sahələrdə yetərincə uğur əldə ediblər. Mən də bu sahəni seçdim və uğur qazandım.
 
 
Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” – FOTO
 
– Bədən əzələləriniz çox güclüdür. Getdiyiniz yerlərdə insanların sizə reaksiyası necə olur?
– Getdiyim hər yerdə diqqətlər üzərimdə olur. Ona görə də ictimai nəqliyyatdan istifadə etmirəm. Bir az açıq və ya qısa geyinən kimi hər kəs mənə baxır. Ən çox da xanımlar baxır. Elə olub ki, xanımlar bədənimi görüb, sevgi etirafı da ediblər. Diqqət mərkəzində olmaq xoşuma gəlir. Amma bəzən baxıram ki, xanımlar mənim yerimdə ola bilmir və başlayırlar aqressiv hərəkətlər etməyə. Kiməsə bənzəmək olar. İnsan özü kimi olanda daha xoşbəxt olur.
 
 
Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” – FOTO
 
– Qatıldığınız futbol oyunlarında çəkdirdiyiniz şəkillər sosial şəbəkədə trendə çevrilir…
– Son qatıldığım matç “Qarabağ – Apoel” oyunu idi. Oyun vaxtdı stadionda şəkil çəkdirdim, oyundan sonra məşqçi və futbolçulardan çox məni tənqid etdilər. Yazılan şərhlərin bəzilərini oxuyuram. Nə yalan deyim yazılan neqativ və pozitiv rəylər adamı gündəmdə saxlayır. Belə aqressiv şərhlər heç vecimə deyil. Onu yazanlar da mənim yerimdə olmaq istəyən xanımlar və mənə əli çatmayan kişilərdir. İnanmıram ki, hansısa kişiyə yazıb, görüşə dəvət etsəm, məndən imtina edər.
 
 
Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” – FOTO
 
– Bəzən deyirlər ki, kişilər idmançı xanımlara yaxınlaşıb sevgisini etiraf etməyə çəkinir. Bu belədir?
-Mən təbiətən güclü xanımam. Bir çox kişilərdən güclüyəm. Təəssüf ki, qarşıma çıxan kişilərin hamsı məndən zəif olub. Hazırda da sevgilim yoxdur. 2-3 ay olar ki, sevgilimlə ayrılmışıq. 40-ı çıxsın görək necə olur (gülür).
– Demisiz ki, futbolçular şorgöz olurlar. Kimlər sizə yazıb, tanış olmaq istəyib?
– Deyirlər ki, kişi tayfası şorgöz olur amma mən deyə bilərəm ki, futbolçular hamıdan çox şorgöz olurlar. Onlar öyrəşiblər həmişə nəyinsə arxasıca qaçsınlar. İndi də qızların arxasınca qaçırlar. Azərbaycan premyer-liqasında 8 komanda var. Demək olar ki, bütün komandaların futbolçularından etiraflar olub. Bir dəfə Kamran Ağayev yazmışdı ki, yanınıza məşqə gəlmək istəyirəm. Bir az fikirləşdim sonda razı olmadım. Çünki kiminləsə məşq edən kimi fikirləşirlər ki, sevgiliyik. İndi bilmirəm ki, Kamran nə niyyətlə yazıb. Bəlkə həqiqətən də fitneslə məşqul olmaq istəyib, bəlkə də xoşu gəlib. Xoşları gəlməyi də normaldır (gülür).”
 
 
Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” – FOTO
 
– Nə vaxtsa futbol meydançasına yarıçılpaq çıxacağını bildirmisiz. Nə vaxt olacaq bu?
-Demişdim ki, “Qarabağ” qruplara qalsa, meydançaya çimərlik geyimində çıxacam və meydanda hansısa futbolçunu qucaqlayacam. Çox istərdim ki, bu futbolçu “Bavariya”nın yarımmüdafiəçisi Hummels olsun. Onu məmnuniyyətlə qucaqlayardım.
– İdmana bu qədər meylli olmağınıza ailənizin reaksiyası necə oldu?
– Mən idmançı ailəsində böyümüşəm. Atam və qardaşım idmanla məşqul olub. Uşaq vaxtı həmişə davalarda olmuşam. Məktəb vaxtı həmişə atamı çağırırdılar ki, qızın kimisə döyüb. Atam da bizə deyirdi ki, döyün amma döyülməyin. Arxanızda mən varam.
 
 
Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” – FOTO
 
– Kəmalə məşq zamanı necə olur?
– Hamı bilir ki, məşq zamanı çox sərtəm. Ağır məşqlər etdirirəm. İnsanlara deyirəm ki, əgər bunlara razısızsa, sizinlə işləyə bilərəm. Xanımlar daha çox fitnes zallarına şəkil çəkdirmək üçün gəlirlər. Baxıram ki, 1 gündür məşqə gəlir, ancaq “instagram”ında onlarla şəkil var. Heç mənim o qədər şəklim yoxdur.
 
 
Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” – FOTO
 
– Hansı məşhur simalar ilə işləyirsiz?
– Teleaparıcı Afaq Gəncəli, müğənni Xatuna, stilist Qusik Simona məşq keçirəm. Bütün tələbələrimə Afaqı misal çəkirəm. İdmana vaxtı- vaxtında gəlib gedir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ