Xalq artisti Zeynəb Xanlarovadan danışdı - "Anamın imkanı olmadı"
Tarix: 31-01-2023, 15:07
Baxılıb: 285
Google+ Paylaş
Tumblr Paylaş

Xalq artisti Zeynəb Xanlarovadan danışdı - "Anamın imkanı olmadı"

31-01-2023, 15:07

Anamdan ilk dəfə məni 10 yaşım olanda Zeynəb Xanlarovanın Heydər Əliyev Sarayındakı konsertinə aparmağını istədim. Anam cavab verdi ki, aparacağam və mənə ən sonuncu sırada bilet aldı. Çünki onun pulu ora çatmışdı.
Publika.az xəbər verir ki, uşaqlıq xatirələrindən söz açan Xalq artisti Röya Ayxan bu sözləri "instaqram"da paylaşdığı videoda yazıb. Bakı Konqres Mərkəzində ard-arda 3 gün konsert verən sənətçi sonuncu sırada əyləşən tamaşaçılar üçün ikinci səhnənin qurulmasının səbəbini açıqlayıb:
“Konsert günü Heydər Əliyev Sarayınnı pilləkənlərində səhnəyə doğru qaçaraq Zeynəb Xanlarovaya baxdım, sonra anama dedim ki, ana, o da sənin kimi üzünə krem vurur. İndi isə anama deyirəm ki, 2005-ci ildən bu günə qədər ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm. Çünki mən o günü xatırlayıram.
Sənin imkanın olmadı, ən uzaqda olan bileti aldın. Mən oraya artıq özüm qaça-qaça gedirəm, o, yuxarı mərtəbələrə… Çünki orada uşaqlıq xatirələrim var. Ona görə də hər kəsə təşəkkür etmək istəyirəm. Unutmayın, siz harada olsanız, mən oradayam”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ