Bacısı Tünzalə Əliyevanın ölümü haqda şok sözlər dedi: "Gülürdü..."
Tarix: 23-01-2023, 10:30
Baxılıb: 444
Google+ Paylaş
Tumblr Paylaş

Bacısı Tünzalə Əliyevanın ölümü haqda şok sözlər dedi: "Gülürdü..."

23-01-2023, 10:30

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva bacısından danışıb.
Reportyor.tv xəbər verir ki, əməkdar artist Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Bacım ancaq yaşamaq istəyirdi. Sadəcə son dəqiqələrində nəfəs ala bilmirdi. Aparata qoşulu nəfəs alırdı. Həkimlərə yalvarırdı ki, aparata qoşun nəfəs alım. Artıq ağrılara dözə bilmir. Reanimasiyaya gedəndə dedi ki, qayıdacam, yaşayacam. Yalnız onunla təskinlik tapdım ki, Tünzalənin üzünü açanda gülürdü. Gülə-gülə ölüb, aparata qoşulu idi. Hamıyı güldürən Tünzalə ölümünü gülə-gülə qəbul edib. Onun üzü heç vaxt yadımdan çıxmayacaq. Təskinlik tapıram ki, bəlkə rahatlanıb gülüb yaxud da gözünün qabağına anam gəlib. Özü qızına görə vəsiyyət edib ki, Bakıda dəfn edilsin".
Təranə Əliyeva bacısı qızının yayılan videosundan da danışıb:"O köhnə çəkilişdir. Tünzalə həmin gün çəkilişdən gec gəlib, Röyal da video çəkib ki, sənsiz ağlayır. Qızı hələ anasının ölümünü bilmir. Çünki həmişə deyir ki, birdən mamaya bir şey olar. Ona görə qorxudan deyə bilmirik. Deyir ki, anam ölsə mən də ölərəm".
Əməkdar artist atasının vida mərasimində iştirak etməyəcəyini də deyib: "Atam xəstədir, şəkəri yüksəlib, təzyiqi düşdü. Atam evdədir".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ