Oksananın baş rolda oynadığı filmin yayılmasına mane oldular
Tarix: 20-11-2022, 17:06
Baxılıb: 129
Google+ Paylaş
Tumblr Paylaş

Oksananın baş rolda oynadığı filmin yayılmasına mane oldular

20-11-2022, 17:06

Baş rollarda Oksana Rəsulova, Ziya Ağa, Günay Əhməd, Səmimi Fərhad, Elcan Rəsulov, Dilarə Əliyeva və başqalarının oynadığı “Geri Dönənlər” dram filmi tezliklə böyük ekranlara çıxacaq.
Publik.az xəbər verir ki, bu barədə filmdə rol alan aktyorlar sosial mediada məlumat yayıb.
Oksana Rəsulova qeyd edib ki, ekran işi 29 dekabrdan etibarən bütün kinoteatrlarda nümayiş olunmağa başlayacaq. Filmin quruluşçu rejissoru Vüsal Hacıqədir, ssenari müəllifləri Fariz Əliyevlə Əcəmi Əsədulladır.
“Nəhayyət “Dönənlər” yavaş-yavaş dönüb gəlirlər. 29 dekabrdan etibarən hər kəsi bu çox maraqlı ailə dramını izləməyə dəvət edirəm, hər kəsi kinoteatrlarda gözləyəcəyik”, - Oksana Rəsulova paylaşında qeyd edib.
Bildirilib ki, film ailə məclisində telefonları masaya qoyub gələn zəngləri mikrafonda, "whatsapp" mesajlarını isə hamının yanında oxuyub cavab verməyə risk edən qəhrəmanların hekayəsindən bəhs edir.
Rejissor Fariz Əliyev isə film çəkilişlərində bir çox maneələrlə qarşılaşdığını bildirib.
“Xeyirli, uğurlu, bol kassalı olsun inşallah. Filmin yayımlanmasına mane olanlar, əlinizdən gələni edin! Özəl film sektoruna nə qədər zərbə vurduğunuzu, yerli filmlərin istehsalına nə qədər mane olduğunuzu biləcəklər narahat olmayın, ya da ki narahat olun!”, - rejissor bildirib.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ