“190 manata tüpürün” demişdi - Nura tənqidlərə cavab verdi
Tarix: 10-04-2020, 15:30
Baxılıb: 2 551
Google+ Paylaş
Tumblr Paylaş

“190 manata tüpürün” demişdi - Nura tənqidlərə cavab verdi

10-04-2020, 15:30

“Şəxsən mən və ailə üzvlərim Martın 18-dən evdən bayıra bir addım belə atmamışıq. İnsanları qıcıqlandıran heç bir video paylaşmamışam. Yemək videoları paylaşanları da qınayıram, çünki evində çörək pulu olmayan insanlar var. Hansılar ki, restoran və şadlıq evlərində, salonlarda çalışıb günlük pul qazanırdılar, qazancsız qalıblar. İllərdir baxdığım ailələr var. Hansılar ki, mütəmadi olaraq hər ay yardım olunur. Bu haqda danışmaq istəmirəm, sevmirəm”.
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. 
Bir müddət öncə “190 manatla yaranız sağalmaz, tüpürün o pula” yazan sənətçi onu tənqid edənlərə belə cavab verib: “Mənim və valideyinlərimin etdiyi yaxşılıqlar bir çoxuna məlumdur və bunu kiməsə , nəsə sübut etmək üçün deyil, mərhəmət hissindən edirik. Boşanmış üçuşaqlı tək qadınam. Özüm qazanıb uşaqlarımı böyüdürəm (böyütmüşəm). Həmişə xalqın yanında olmuşam, onların xeyrinə danışmışam, statuslar yazmışam. Amma bundan sonra susacağam. Cəmiyyətimizdə əfsuslar olsun ki, qanmaz insanlar az deyil. Heç kəsin sizə borcu yoxdur! Əgər insanlar sizə yaxşılıq edirsə, dəyərin bilin. Mənim dostlarım bu son günlərdə minlərlə ailəyə yardım ediblər. Biri deyir, bu nə paydır ? O biri deyir, özlərini reklam edirlər və s…
190 azn ala bilmirsiniz deyə hər gün statuslar yazırsınız. Mən də sizə təklif etdim ki, belədirsə, tüpürün o pula. Onsuz da o pulla yaranız sağalmaz. İndi də başlamısınız şərhlərdə məni təhqir etməyə. Sizin kimilərə yaxşılıq etmək düzgün deyil. Nə tərbiyəniz var, nə mədəniyyətiniz, nə dərk edə biləcək ağlınız”.
İfaçı koronavirusla bağlı videolar hazırlayıb sosial şəbəkədə şəbəkədə paylaşan tanınmışlara da atmaca atıb: “Siz elə sabun ötürmə videolarına baxın və koronavirus haqda mahnılara qulaq asın. Mənim dediklərimi anlayacaq halda deyilsiniz”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ