Alim Qasımov Nazpəri Dostaliyeva ilə 30 minlik borc qalmaqalından DANIŞDI
Tarix: 14-10-2021, 15:49
Baxılıb: 543
Google+ Paylaş
Tumblr Paylaş

Alim Qasımov Nazpəri Dostaliyeva ilə 30 minlik borc qalmaqalından DANIŞDI

14-10-2021, 15:49

Xalq artisti Alim Qasımov ötən gün xalq artisti Nazpəri Dostəliyevanın qohumu ilə aralarındakı 10 illik borc söhbətinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, milletinsesi.info-ın müxbirinin suallarını cavablandıran Alim Qasımov 10 il bundan əvvəl olan məsələni kimin yenidən qaldırdığını bilmədiyini deyib:
“Onlar özləri qohumdur. Qohumluq əlaqələri çərçivəsində kim kimdən nə alıb, kim kimlə şərik olub bilmirəm. Mənim bu söhbətlərdən heç bir xəbərim yoxdur”.
Qeyd edək ki, N.Dostəliyeva yerli mətbuata açıqlamasında Alim Qasımovun əmisi oğlu Yusif adlı şəxsin 10 il bundan əvvəl biznes qurmaq məqsədilə ondan 30 min dollar məbləğində borc aldığını deyib. O bildirib ki, həmin şəxs hələ də onun borcunu qaytarmayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ