“Nəsiminin qəzəli sayəsində güzəranımı qurdum” – Afət Fərmanqızı
Tarix: 13-01-2021, 21:42
Baxılıb: 1 235
Google+ Paylaş
Tumblr Paylaş

“Nəsiminin qəzəli sayəsində güzəranımı qurdum” – Afət Fərmanqızı

13-01-2021, 21:42

“Nizami ili olduğu üçün Nizami Gəncəvinin qəzəlinə mahnı hazırlamışam. 20 Yanvar keçdikdən sonra təqdim edəcəyəm. Yeni mahnılarımı sosial şəbəkədəki şəxsi kanalımda yayımlayacam. Mahnılarımı telekanallar,radiolar üçün hazırlamıram. Məni sosial şəbəkələr tanıtdı, izləyicilərimlə orada görüşürəm. Ona görə də mahnılarımı internet üzərindən təqdim edirəm”.

Bu sözləri müğənni Afət Fərmanqızı Musavat.com-un əməkdaşının suallarına cavab verərkən deyib. “Sığmazam” qəzəlini hind musiqisi üzərində təqdim etdiyi üçün tənqid olunan müğənni, tənqidlərdən çəkinmədiyini açıqlayıb:
resize.jpg (42 KB)

“Tənqidlərdən qətiyyən qorxmuram. Çox istəyərdim ki, yeni mahnım da tənqid olunsun, müzakirə edilsin. Cənubi Azərbaycan musiqisi üzərində qəzəl oxumuşam. Oğul istəyirəm ki, mənimlə debata çıxsın, etik çərçivələr içərisində polemika aparaq”.

- “Sığmazam” mahnısı tənqid olunduğu qədər toylarda tələb edildi. Buna səbəb nə idi?

- Çünki o qəzəldə “mən, mən” sözləri var. İnsanlar nə qədər təvazökar olduğunu desələr də, hamının içində bir mənəm-mənəmlik var. O qəzəldə hər kəs özünü görür.

- 2020-ci il pandemiya ilə başlasa da, qələbə ilə bitdi. 44 günlük müharibə sizə hansı hissləri yaşatdı?

- Qələbə bizə pandemiyanı unutdurdu və təsəllimiz oldu. Biz illərlə gözlədiyimiz torpaqlarımıza qovuşduq. Mən həyatım boyu bu qədər sevinməmişdim. Ana olanda çox xoşbəxt olmuşam. Bəzən də dəhşətli sevinc yaşamışam. Amma bu qədər xoşbəxt hiss etməmişdim. Allah Ali Baş Komandanımızı qorusun.
- İddia edilir ki, mart ayından sonra toylara qoyulan qadağa götürüləcək. Bu haqda nə deyə bilərsiniz? Qadağaların götürüləcəyinə inanırsınız?

- Toyların başlayacağına inanıram. Yəqin ki, qaydalar çərçivəsində olacaq, qonaqların sayını azaldacaqlar. Mənim hisslərim bunu deyir.

- 10 aydır ki ölkədə toylara qadağa qoyulub. Müğənnilərin maddi gəlirləri toydandır. Karantin müddətində maddi sıxıntı yaşadınızmı?

- Allah Nəsiminin ruhunu şad eləsin. Onun qəzəlinin sayəsində mən işimi, güzarınımı qurmuşdum. Müəyyən kiçik biznesim var. Ona görə də ac qalmadım. Hətta, ehtiyacı olan şəxslərə də yardım etdim.

- Bəs karantin günlərini necə keçirdiniz?

- Karantin günlərində yaradıcılıqla məşğul oldum. 5 mahnı yazdırdım, iki klip çəkdirdim. Yardımlar payladım. Öz büdcəm hesabıma 100 ailəyə kömək etdim. 5000 manat xərclədim. Daha sonra dostlarımın yardımı ilə ehtiyacı olanlara kömək etdim. Evdə də boş vaxtımı idmanla məşğul olaraq keçirirəm. Deyə bilərəm ki, karantin vaxtını səmərəli keçirirəm.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ