Ölümcül epidemiya AŞKARLANDI: müalicəsi yoxdur
Tarix: 15-02-2023, 00:07
Baxılıb: 955
Google+ Paylaş
Tumblr Paylaş

Ölümcül epidemiya AŞKARLANDI: müalicəsi yoxdur

15-02-2023, 00:07

Fevralın 13-də Ekvatorial Qvineya səlahiyyətliləri ölkədə 10 nəfərin Marburq qızdırması epidemiyasından öldüyünü bəyan edib.
reportyor.org xəbər verir ki bu barədə "Reuters" agentliyi Cənubi regionun səhiyyə xidmətinin nümayəndəsi Robert Matyurin Bidjanqa istinadla məlumat yayıb.
Bildirilib ki, fevralın 14-də isə Ekvatorial Qvineya ilə həmsərhəd olan Konqonun cənubunda ölümcül virusa yoluxduğu güman edilən iki xəstə tapılıb.
Marburq virusu insanlar arasında birbaşa təmas yolu ilə yayılır və ştammdan və qəbul edilən dərmanlardan asılı olaraq ölümcüllük dərəcəsi 24%-dən 88%-ə qədərdir. İnfeksiyadan sonra insanın temperaturu kəskin yüksəlir və baş ağrıları başlayır. Sonra bir həftə ərzində hemorragik qızdırma inkişaf edir, bunun müalicəsi yoxdur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ