İcbari tibbi sığorta xidmətlərinin sayı artırılacaq
Tarix: 8-02-2023, 11:23
Baxılıb: 429
Google+ Paylaş
Tumblr Paylaş

İcbari tibbi sığorta xidmətlərinin sayı artırılacaq

8-02-2023, 11:23

Bu il 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub.
"Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb", - deyə əlavə edilib.
Xatırladaq ki, 1 yanvar 2020-ci ildən etibarən İcbari Tibbi Sığortanın bütün ölkə üzrə tətbiqinə başlanılıb. İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir.
Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir. Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 xidmət daxildir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ