Virusdan sağalmış şəxslərə bunu etmək olmaz!
Tarix: 18-01-2023, 12:26
Baxılıb: 90
Google+ Paylaş
Tumblr Paylaş

Virusdan sağalmış şəxslərə bunu etmək olmaz!

18-01-2023, 12:26

Qripdən əziyyət çəkən şəxs multivitamin preparatları qəbul etməli, həmçinin daha çox təzə meyvə və tərəvəz yeməlidir.
Reportyor.tv  xəbər verir ki, bu sözləri həkim - allerqoloq-immunoloq Vladimir Bolibok deyib.
"İlk növbədə multivitaminlər, geniş çeşiddə olan bioloji aktiv əlavələr qəbul etməlisiniz. Məhz multivitaminlərə üstünlük verin. D vitamini çox dəbə mindi, təəssüf ki, nəzarətsiz qəbul edildikdə ağırlaşmalara səbəb olur, xüsusilə bu ağırlaşmaları böyrək daşları və öd kisəsində görürük. Multivitamin preparatları isə həm xəstə, həm də xəstə olmayanlar üçün faydalıdır”, - mütəxəssis Ura.ru-ya müsahibəsində deyib və əlavə edib ki, onlar qripdən sağalmağa kömək edir.
Pəhrizinizə təzə meyvə və tərəvəzlərlə yanaşı, meyvə və tərəvəz şirələrini də daxil edə bilərsiniz. Bolibok insanları fəstfuddan uzaq durmağa, faydalı qidalar yeməyə çağırıb, çünki qripə yoluxmuş bəzi xəstələrdə mədə-bağırsaq zədələnir.
"Qrip bağırsaq sindromu kimi keçdi, xüsusən də uşaqlarda. Onlarda çox vaxt mədə-bağırsaq traktında problemlər yaranır", - həkim qeyd edib.
Qripdən sonra taxikardiyaya səbəb olmamaq üçün ağır fiziki işlərdən çəkinməlisiniz. Ekspertin sözlərinə görə, ağır idman etmək olmaz, sağalma isə orta hesabla iki-dörd həftə çəkir.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ