"Stalinin dayəsi" ÜST-də müşavir oldu
Tarix: 27-07-2022, 18:55
Baxılıb: 457
Google+ Paylaş
Tumblr Paylaş

"Stalinin dayəsi" ÜST-də müşavir oldu

27-07-2022, 18:55

London Universitet Kollecinin professoru, Britaniyada radikal siyasi baxışları ilə tanınan Syuzan Miçi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Davranış üzrə Məsləhət Qrupunun sədri olub.
reportyor.org xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr qeyd edib ki, o, ÜST-yə peyvəndləmə sürətinin artırılması ilə bağlı məsləhətlər verəcək, həmçinin təşkilata üzv ölkələrin milli səhiyyə siyasətinin formalaşdırılmasında ekspert fəaliyyəti həyata keçirəcək.
Bundan əvvəl S.Miçi COVID-19 dalğalarından asılı olmayaraq davamlı olaraq maska ​​​​taxmaq və sosial məsafə tələbinin qorunmasının tərəfdarı olduğunu söyləmişdi. Miçi Britaniyada uzun illər Kommunist Partiyasının üzvü olması ilə tanınır və buna görə də həmkarları ona “Stalinin dayəsi” ləqəbini verib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ