Meymunçiçəyi epidemiyası pandemiya elan edildi
Tarix: 23-06-2022, 17:02
Baxılıb: 371
Google+ Paylaş
Tumblr Paylaş

Meymunçiçəyi epidemiyası pandemiya elan edildi

23-06-2022, 17:02

Ümumdünya Səhiyyə Şəbəkəsi (ÜSŞ) meymunçiçəyi xəstəliyinin yayılmasını pandemiya elan edib və bildirib ki, xəstəlik artıq 58 ölkəyə yayılıb. 
reportyor.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın saytındakı press-relizdə bildirilib. ÜSŞ-ün məlumatına görə, hazırda dünyanın 58 ölkəsində 3417 meymunçiçəyinə yoluxma qeydə alınıb. Üstəlik ekspertlərin fikrincə, epidemiya bir neçə qitədə sürətlə yayılır və qlobal tədbirlər olmadan dayanmayacaq.
“Hətta xəstəlikdən çox aşağı ölüm nisbəti olsa belə, davam edən yayılmanın qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan öləcək, daha çox insan kor və əlil olacaq”, - press-relizdə deyilir.
ÜSŞ meymunçiçəyi pandemiyasının daha da böyüməsinin qarşısını almaq üçün qeyd edib ki, təcili hərəkətə keçmək lazımdır. Təcili tədbirlər görməklə nəticələrin pisləşməsinin qarşısı alına bilər, hər hansı gecikmə isə yalnız işi çətinləşdirir və vəziyyəti daha da ağırlaşdırır. Bununla əlaqədar olaraq, təşkilat simptomlar barədə ictimaiyyəti məlumatlandırmağı, təsdiqlənmiş halların təmaslarını yoxlamaq imkanlarını genişləndirməyi tövsiyə edir. Təşkilat qeyd edib ki, yoluxmaların əksəriyyəti böyüklərdə olub, lakin xəstəliyin uşaqlar arasında yayılması daha ciddi nəticələrə və daha çox ölümə səbəb ola bilər. 
Epidemioloq, ÜSŞ həmtəsisçisi Erik Feigl-Ding bildirib ki, ÜSŞ təcili olaraq beynəlxalq narahatlıq doğuran hadisə ilə bağlı fövqəladə vəziyyət elan etməlidir. Bütün effektiv tədbirlər vaxtında tətbiq olunarsa, daha böyük müdaxilələrə ehtiyac olmayacaq. Epidemioloqun fikrincə, qabaqlayıcı tədbirlər yoluxmanın qarşısını almaq üçün yeganə yoldur. Meymunçiçəyinin indi pandemiya elan edilməsi onunla mübarizədə çoxşaxəli yanaşmanın başlanmasına kömək edəcək. Feigl-Ding yekunda vurğulayıb ki, səhiyyə orqanları və hökumətlər keçmiş səhvlərdən dərs almalıdırlar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ