Bu gündən Azərbaycana giriş üçün PCR testi tələbi ləğv olundu
Tarix: 15-04-2022, 01:43
Baxılıb: 504
Google+ Paylaş
Tumblr Paylaş

Bu gündən Azərbaycana giriş üçün PCR testi tələbi ləğv olundu

15-04-2022, 01:43

Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:
Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;
Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ