ÜST elan etdi - "Omikron" sonuncu olmayacaq
Tarix: 7-01-2022, 14:21
Baxılıb: 333
Google+ Paylaş
Tumblr Paylaş

ÜST elan etdi - "Omikron" sonuncu olmayacaq

7-01-2022, 14:21

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un "Omikron" variantının sonuncu olmayacağını və virusun inkişaf etməyə davam etdiyini bildirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında qlobal səhiyyə mütəxəssisləri ilə ilin ilk mətbuat konfransında qeyd edib ki, pandemiya başlayandan bəri ən çox COVID-19 yoluxması keçən həftə qeydə alınıb.
Qebreyesusun sözlərinə görə, "omikron" "sunami effekti" yaradır, çox sürətlə yayılır və bütün dünyada sağlamlıq sistemlərinə təsir edir. "Omikron" səbəbilə xəstəxanalarda yerlərin dolduğuna toxunan baş direktor qeyd edib ki, səhiyyə xidmətində çalışanların yetərsizliyi digər xəstəliklərdən ölümlərin artmasına yol aça bilər. 
ÜST-nin COVID-19-la mübarizə qrupunun rəhbəri Mariya Van Kerxove isə bütün peyvəndlərin "omikron"a qarşı təsirli olduğunu deyib. Onun sözlərinə görə, peyvəndlər sayəsində "omikron"a yoluxanlar xəstəliyi şiddətli keçirmir. Ekspert əlavə edib ki, bu ştam sonuncu variant olmayacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ