Koronavirusun daha bir simptomu ÜZƏ ÇIXDI
Tarix: 5-01-2021, 02:08
Baxılıb: 556
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusun daha bir simptomu ÜZƏ ÇIXDI

5-01-2021, 02:08

Koronavirusun daha bir nadir rast gəlinən simptomu aşkarlanıb.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, davamlı olaraq baş verən hıçqırıqlar xəstəliyin əlaməti ola bilər.
Belə ki, Misirdə 64 yaşlı pasiyent 3 gündür davam edən hıçqırıq şikayəti ilə xəstəxanaya müraciət edib və onun COVİD-ə yoluxduğu məlum olub. Xəstənin qan hüceyrələrinin sayının azalması səbəbindən hıçqırıqlarının başladığı üzə çıxıb.
Analoji hadisəyə ABŞ-da da rast gəlinib. 62 yaşlı pasiyent 4 gün davam edən hıçqırıqdan sonra xəstəxanaya müraciət edib və onun infeksiyaya yoluxduğu təsdqlənib. Amerikalı pasiyentin də qan hüceyrələrində azalma müşahidə olunub.
Hıçqırıqlar nadir görülən koronavirus simptomu olsa da, alimlər hıçqırıq 2 sutkadan artıq davam edərsə, həkimə müraciət etməyi məsləhət görürlər.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ