COVID-19 orta ömür müddətini nə qədər azaldıb? - ÜST açıqladı
Tarix: 25-05-2024, 09:52
Baxılıb: 107
Google+ Paylaş
Tumblr Paylaş

COVID-19 orta ömür müddətini nə qədər azaldıb? - ÜST açıqladı

25-05-2024, 09:52


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən orta ömür uzunluğunun təxminən iki il azaldığını açıqlayıb.

Bu barədə ÜST-nin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən dünya üzrə orta ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.

Gözlənilən sağlam ömür göstəricisi isə 1,5 il azalaraq 61,9-a enib.

"COVID-19 epidemiyası cəmi iki il ərzində gözlənilən orta ömür uzunluğundakı 10 illik artımı əks istiqamətə çevirdi", - deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mövzu ilə bağlı qeyd edib.

O, gələcək nəsillərin qorunması üçün ölkələrin qlobal epidemiya sazişi ilə bağlı razılığa gəlmələrinin zəruriliyini vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ