Bu müayinədən MÜTLƏQ KEÇMƏLİSİNİZ - Kişilərin NƏZƏRİNƏ!
Tarix: 23-05-2024, 16:21
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

Bu müayinədən MÜTLƏQ KEÇMƏLİSİNİZ - Kişilərin NƏZƏRİNƏ!

23-05-2024, 16:21

“Əgər yaxın qohumlarınızdan hər hansı biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar. İrsi faktor risklərin 20-25%-i təşkil edir, 75-80% digər risk faktorlarının payına düşür”.

 

Reportyor.tv-nin mətbuat.az-a istinadən məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkim kardioloqu Leyla Quliyeva deyib.O bildirib ki,digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqarət, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Leyla Quliyeva qeyd edib ki, bu amillər tək səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur:

 

“Ona görə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmalısınız. Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu. Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji “check-up” müayinəsindən keçməsi məsləhətdir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ