Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
Tarix: 10-04-2023, 22:17
Baxılıb: 951
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq

10-04-2023, 22:17

“Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi iki qardaş xalqın - Qazaxıstan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına mühüm töhfə verə bilər”.
reportyor.org xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxışı zamanı deyib.
“Ona görə də danışıqlar zamanı Qazaxıstan telekanallarının Azərbaycanın kabel operatorlarının şəbəkələrində yayımı, o cümlədən animasiya filmlərinin yayımı ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib”, - o bildirib.
K.Tokayev, həmçinin vurğulayıb ki, bu gün həm də beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər”, - Kasım-Jomart Tokayev söyləyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ