Azəriqazın 3 əməkdaşı həmin uçurtduqları beton kanalizasiyaya düşdülər
Tarix: 28-01-2023, 22:43
Baxılıb: 2 171
Google+ Paylaş
Tumblr Paylaş

Azəriqazın 3 əməkdaşı həmin uçurtduqları beton kanalizasiyaya düşdülər

28-01-2023, 22:43

Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Azəriqaz İB Baş direktoruna,   SOCAR-ın prezidentinə, Respublika prokuroruna
Şikayət
Cənab Nazir şikayyətim “Azəriqaz” İstehsalat Birliyi Salyan Regional Qaz İstismar idarəsinin rəisi Azər Musayevdən, rəis müavini Qənimət Səmədovdan və Fərid Ağayevdəndir.Yuxarıda qeyd etdiyim vəzifəli şəxslər regionda at oynadırlar qeyri qanuni olaraq qazdan istifadəyə görə vətəndaşları bu qişin soyuq vaxtında cərimələyərək evlərə qazın verilməsini qeyri qanuni olaraq dayandırırlar, beləki mübahisələnən hər bir qanun pozuntusu yalnız məhkəmə yolu ilə həll olumması halda, bu vəzifəli şəxsər özlərini hakim sayaraq qərar qəbul edirlər.  
 Bildirmək istəyirəm ki, 28.11.2022-ci il tarixdə idarənin əməkdaşları tərəfindən mənim icazəm olmadan  qeyri qanuni olaraq yaşadığım evə  basqın etdilər, kənar xətt axtarmaq adı ilə həyətimdə olan kanlizasiya beton konustruksiyanı uçurdular ,nəticədə  Azəriqazın 3 əməkdaşı həmin uçurtduqları beton kanalizasiyaya düşdülər. Səhəri güni Fərid Ağayev mənim yaşadığım evə gələrək mənə idarənin rəis müavini Qənimət Səmədovun təstiq etdiyi  ölmüş şəxsin yəni mərhum atam Hüseynov Fərhad Əşrəf oğlunun (26.11.2013-ci il tarixdə vəfat etmişdir) qeyri qanuni olan 0351835 saylı aktı təqdim edərək mənə imzalamamı tələb etdi, məndə öz növbəmdə hansı aktdan söhbət gedə bilər dedikdə o, mənə cavabında dünən yadımızdan çıxıb yazmamışıq ona görə tez-bazar gətirdim imza edəsiz, bildirmək istəyirəm ki, akt yəni hansısa bir hadisəni yazılı olaraq şahidlərin iştirakı ilə yazılan bir təstiqi sənətdir. Yalnız idarənin əməkdşları dövlətin qanunlarına  məhəl qoymayaraq həmin aktı təstiq edərək hesablanması üçün reginal idarəyə göndərib, idarənin rəisi Azər Musayevdə aktı dəqiqləşdirmədən qanun pozuntusu ilə 30 noybr 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edərək ölmuş şəxsin adına  cərimə 360 günə hesablanaraq cəmi 83808 kub metr (səksən üç min səggiz yüz səggiz) qaz yəni 100.56.96 manat (on min əlli altı manat qoxsan altı qəpik) tətbiq edilmişdir, belə ki, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur. Bundan əlavə 16 dekabr 2017-ci ildə SOCAR vitse prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair; Metodiki tövsiyyələrə əsasən 1.4.1 bəndində abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur, Azəriqaz İstehsalat Birliyi Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev tərəfindən hazırlanan qaydada isə bu 360 günlə əvəz olunub nəticədə  tədbiq olunan qeyri qanuni aktda cərimə dörd qat qədər şişirdilib. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli  80 saylı qərarının 6 bəndinin bütün müddialları pozulmuşdur, qərarda yazılmş hər hansı aktla bağlı hesablanan cərimələr vətəndaşın saldo hesabına cərimə kimi vurulması nəzərdə tutulmayıb, yəni yaşadığım evin qazını məhkəmədə mübahisələnib yekun qətnamə çıxıb icraya yönəlmədən qeyri qanuni olaraq qazın verilməsi dayandırılmışdır.  Belə nəticəyə gəlmək olur ki, Azəriqaz İstehsalat Birliyi Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev rəis müavini Qənimət Səmədov və onların əlaltıları Fərid Ağayev vəzifələrindən sui istifadə, vəzifə səlahiyyətlərini aşmaq, hərci-mərciliy, Sizin apardığınız siyasətinizə kölgə salmaq kimi qiymtləndirmək olar.  
Cənab Nazir ökəmizdə qanunların çiçəklndiyi bir vaxtda Azəriqaz İstehsalat Birliyi Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev rəis müavini Qənimət Səmədov və onların əlaltıları Fərid Ağayev kimi məmurların bu vəzifələrdə işləməkləri bilavastə yol verilməzdir. Odur ki, xahiş edirəm yuxarıda göstərdiyim məmurlar barəsində qanuna müvafiq olar cəzalanmasına göstəriş verəsiniz.
Hörmətlə
Hüseynov İlkin Fərhad oğlu   tel  0553807373
Sabirabad rayonu Mirhəsən Mirağa oğlu küçəsi ev29a


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ