Azərbaycan yaxınlığında BÖYÜK SUNAMİ FƏLAKƏTİ: kilometrlərlə ərazi su altında qalacaq
Tarix: 17-06-2020, 12:00
Baxılıb: 4 976
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan yaxınlığında BÖYÜK SUNAMİ FƏLAKƏTİ: kilometrlərlə ərazi su altında qalacaq

17-06-2020, 12:00

Mərmərə dənizinin sahilləri sunami potensialı daşıyır.
Publika.az xəbər verir ki, bu sözləri geoloq Şükrü Ərsoy İstanbul şəhərində mümkün şiddətli zəlzələ haqqında danışarkən deyib.
Balıkesir'deki deprem sonrası Prof. Dr. Şükrü Ersoy'dan dikkat ...
“Mərmərədə son 3 min il ərzində baş vermiş 25-dən çox sunami izi qazıntılar nəticəsində aşkarlanıb. Sonuncusu 1894-cü ildə yaşanıb. Dolayısı ilə bu bölgə sunami təhlükəsi altındadır. Sunami dalğaları dar kanallara girəndə mövcud olduğundan daha yuxarıya qalxa bilir. Eyüpsultan belə sunami altında qala bilər.
İstanbul Böyükşəhər Bələdiyyəsində 50-yə yaxın ssenari var. Mərmərənin harasında sunami olursa-olsun, neçə dəqiqədə və haraya qədər gedə biləcəyinə dair proqnozlar var. Bu, bizim Mərmərə reallığımızdır”, - Ərsoy qeyd edib.
Professor bildirib ki, buradakı sunami okeanlardakı kimi şiddətli olmasa da 1-3 metr yüksəkliyə qalxa bilər: “Lakin bu belə öldürücüdür. Çünki dalğalar ardıcıl gəlir. Sahilə 100-200 metr belə girsə, geri çəkiləndə böyük zərərlər verə bilər”.
Qeyd edək ki, Eyüpsultan bölgəsi Mərmərə dənizindən 30 km məsafədə yerləşir.
Zümrüd


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ