Anar Kərimov: Prioritetimiz işimizi günün tələbinə uyğun qurmaqdır - FOTO
Tarix: 17-06-2022, 11:02
Baxılıb: 882
Google+ Paylaş
Tumblr Paylaş

Anar Kərimov: Prioritetimiz işimizi günün tələbinə uyğun qurmaqdır - FOTO

17-06-2022, 11:02

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beyləqana səfəri çərçivəsində iyunun 16-da rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə görüş keçirib.
reportyor.org xəbər verir ki, görüşdə Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin və təşəbbüskarlığın artırılmasının vacibliyini qeyd edən Anar Kərimov nazirlik sistemində idarəçiliyin təkmilləşdirilməsi kontekstində mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasının prioritet məsələ olduğunu diqqətə çatdırıb.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, bölgələrə səfər və bu kimi görüşlərin əsas məqsədi regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ