Prezident bu generalları TƏLTİF ETDİ
Tarix: 24-12-2020, 20:59
Baxılıb: 695
Google+ Paylaş
Tumblr Paylaş

Prezident bu generalları TƏLTİF ETDİ

24-12-2020, 20:59

Dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu medala layiq görülən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayordur.
Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant
Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant
Nağıyev Əfqan Vəli oğlu – general-leytenant
Vəliyev Kərim Tofiq oğlu – general-leytenant
Bağırov Ramin Sabir oğlu – general-mayor
Bərxudarov Mayis Şükür oğlu – general-mayor
Kərimov Anar Təvəkkül oğlu – general-mayor
Məhərrəmov Aqşin Ramiz oğlu – general-mayor
Rzayev Mübariz Balağa oğlu – general-mayor
Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor
Sultanov Ağamir Əzizxan oğlu – general-mayor
Tağıyev Rəsul Afiq oğlu – general-mayor


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ