Rusiyadan Azərbaycana qarşı KTM təxribatı - Şuşa Bəyannaməsi işə düşə bilər!
Tarix: 30-11-2022, 11:30
Baxılıb: 317
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyadan Azərbaycana qarşı KTM təxribatı - Şuşa Bəyannaməsi işə düşə bilər!

30-11-2022, 11:30

Azərbaycan Müdafiə Nazirliyi bir həftədə 4 dəfə Rusiyaya oxşar iradı bildirdi. Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin fəaliyyəti ilə bağlı məlumatlarda Azərbaycan yer adlarının qondarma erməni adları ilə göstərilməsi praktikasına dönə-dönə etirazını ortaya qoydu. Yazılı şəkildə.
Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, Rusiya tərəfinə sonuncu müraciət isə daha sərt, faktiki xəbərdarlıq tonu ilə seçilir. Orada "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi ilə bağlı "ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir" ifadəsi yer alıb.
Bəyanatda habelə deyilir: "Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq".
Və sonda: "28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında "Mardakert", "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR".
Azərbaycanca legitim adların həm də iri şriftlərlə (!) verilməsi sözsüz ki, etiraza əlavə sərtlik xarakteri verməklə yanaşı, Bakının səbir kasasının dolmaq üzrə olduğuna işarədir və tam doğrudur. Çünki bu, güc nazirliyimizin quru söz oyunu deyil. Rusiya tərəfinin ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı davam edən sayğısızlığına son qoyulması üçün verilən rəsmi mesajlar, eyni zamanda qarşı tərəfə xəbərdarlıq ismarışlarıdır.
Bəs nəticə olmasa?
Onda daha kəskin kontrtədbir kimi Rusiya kontingentinin komandanı, generalı Volkovu izahat üçün Bakıya dəvət eləmək olar. Hər halda, o, Azərbaycan ərazisində hərbi xidmət keçir, Rusiyada və ya Ermənistanda yox. Yenə də özlərini yığışdırmasalar, onda Rusiya səfirini Azərbaycan XİN-ə çağırıb izahat istəmək olar. Lap etiraz notası da təqdim eləmək mümkündür. Ta ki, Volkov və başının dəstəsi "Qarabağ Azərbaycandır" deyənə kimi.
Yoxsa belə getsə, Azərbaycan əleyhinə daha böyük hoqqalardan çıxacaqlar. Zatən, proses başlayıb. Getdikcə daha da "vüsət" alan "Vardanyan layihəsi", "Rus icması" projesi şəklində, separatçıları tərk-silah eləmək əvəzinə silahlandırmaq, Qarabağa qanunsuz yolla silah-sursat keçirilməsinə göz yummaq formasında və s. 



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ