Dünyada mal və xidmətlər niyə bahalaşıb? – İqtisadçı səbəbləri açıqlayır
Tarix: 6-06-2022, 23:58
Baxılıb: 531
Google+ Paylaş
Tumblr Paylaş

Dünyada mal və xidmətlər niyə bahalaşıb? – İqtisadçı səbəbləri açıqlayır

6-06-2022, 23:58

Son illərdə dünyada xidmət sektorda müşahidə olunan qiymət artımında əslində kifayət qədər fərqli səbəblər var. Yəni, istehsalatda qiymətlərin artmasının əsas səbəbi daha çox təchizat zəncirində yaranan fasilələrdən qaynaqlandı. Belə ki, yükdaşımaları əvvəlki qaydalarla həyata keçirilə bilmədi, ölkələr karantin şərtləri formalaşdırdı. Yükdaşımaların əhəmiyyətli hissəsi hava nəqliyyatına transef olundu, fərdi yükdaşımalar məhdudlaşdı. Bütövlükdə götürəndə insanların hərəkəti ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi, istehsal prosesinin pozulmasına və bir müddətdən sonra stoklarda (anbarlarda) tükənməyə gətirib çıxardı. Yəni, bu, öz-özlüyündə qiymətlərin artımını şərtləndirən mühüm faktorlardan biri oldu.
Bunu reportyor.org-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Son illərdə dünyada xidmət sektorunda müşahidə olunan kəskin bahalaşmanın səbəbləri barədə sualımızı cavablandıran ekspert qeyd edib ki, bunun üzərinə artan xərclər gəlindi: “Yəni müəssisələr işçilərini işə çıxarmırdı, amma əksər ölkələrdə onların əməkhaqqını ödəmək öhdəliyi müəyyən edildi. Bu da xərclərin artması demək idi. Bu artan xərclər dolayısıyla son nəticədə istehsal olunan mal və xidmətlərin qiymətinin üzərinə əlavə olunmalı idi”.
Rəşad Həsənov qeyd edib ki, bundan əlavə situasiyanı mürəkkəbləşdirən digər məsələ məhz faktiki olaraq bəzi ölkələrdə vəziyyətdən yararlanaraq yüksək daşıma tariflərinin tətbiq edilməsi olub: “Dolayısıyla bu, istehsal prosesində və təchizat zəncirində xərclərin artmasına və maya dəyərinin yüksəlməsinə gətirib çıxardı”.
Rəşad Həsənov qeyd edib ki, pandemiyanın ardınca 2022-ci ilin fevralında Rusiya-Ukrayna konflikti meydana çıxdı: “Bu konflikt nəticəsində bir sıra mal və xidmətlər üzrə əsas təchizatçıların oyundan kənarlaşması və ya kənarlaşdırılması riski, ardınca enerji bazarında qiymətlərin artımı müşahidə olundu. Yanacaq elə bir məhsuldur ki, o, əksər məhsulların istehsal prosesindən son istehlak prosesinə qədər, təchizatda, eyni zamanda tədarükdə bütün mərhələlərdə istifadə olunur. Yanacaq maya dəyərinə oturur. Bu da dolayısıyla bu gün sürətli inflyasiyanın baş verməsinə əlavə töhfəsini vermiş olur”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ