La Liqa Vinisiusla bağlı bəyanat yaydı
Tarix: 22-05-2023, 15:21
Baxılıb: 226
Google+ Paylaş
Tumblr Paylaş

La Liqa Vinisiusla bağlı bəyanat yaydı

22-05-2023, 15:21

La Liqa "Valensiya" - "Real" matçında baş verən irqçiliklə bağlı bəyanat yayıb.
reportyor.org xəbər verir ki, qurum Madridlilərin futbolçusu Vinisius Juniorun üzləşdiyi xoşagəlməz hadisənin araşdırıldığını bildirib:
"Mestalya" stadionunda keçirilən "Valensiya" - "Real Madrid" matçında baş verən hadisələri nəzərə alaraq, La Liqa baş verənləri araşdırmaq üçün bütün mövcud materialları tələb edib. İstintaq başa çatdıqdan sonra hər hansı nifrət cinayəti aşkar olunarsa, La Liqa müvafiq hüquqi tədbirlər görəcək.
"Mestalya" stadionunun kənarında Vinisius Juniora yönəldiyi iddia edilən irqçi təhqirlərin görüntüləri də təhlil edilir".
Bəyanatda qeyd olunub ki, liqa braziliyalıya qarşı baş verən bütün irqçi insidentlərə aktiv şəkildə reaksiya verib, son iki mövsümdə 9 dəfə müxtəlif orqanlara hesabat təqdim edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ