"Neftçi"nin baş məşqçisi: "Desəm ki, belə idi, yalan danışmış olaram"
Tarix: 21-05-2023, 21:20
Baxılıb: 255
Google+ Paylaş
Tumblr Paylaş

"Neftçi"nin baş məşqçisi: "Desəm ki, belə idi, yalan danışmış olaram"

21-05-2023, 21:20

"Neftçi" Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.
reportyor.org xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:
- 3 xal qazandığımız üçün sevinirəm. İki oyunçu itirməyimiz məni narahat etdi. Ümid edirəm ki, durumları ciddi deyil. İkinci hissədə daha yaxşı oynadıq. Etdiyim dəyişikliklər oyunumuza aqressivlik verdi. İlk hissədən narazı olduğumu deməzdim. Bəzi qol epizodlarından yararlana bilmədik. Birinci hissənin sonlarında rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu. İkinci hissədəki oyunumuz məni qane edir. "Sabah"la matça daha yaxşı əhval-ruhiyyədə gedəcəyik.
- Az oynayan futbolçulara şans verdiniz. Amma Aqil Məmmədov ehtiyatda qaldı. Bu, nə ilə bağlı kidi?
- Adlar haqda danışmaq istəmirəm. Aqili çox yaxşı tanıyırıq, onun şansa ehtiyacı yoxdur. Hər zaman bizə kömək edə bilər. Hazırda Brkiçə daha çox şans vermək lazımdır. Çünki, qarşıda iki çətin oyun var. Qapıçılarla futbolçular fərqlidir. Qapıda tez-tez dəyişiklik etmək olmaz. Bəzi oyunçular dincəlməyə layiqdirlər. Ona görə də bu gün qarışıq heyət buraxdıq. Məqsədimiz 3 xal qazanmaq idi. Bəli, bəzi futbolçulara şans verdik. Düşünürəm ki, balans yarandı.
- Demişdiz ki, futbolçulardan müsbət siqnal alsam, komandada qalacam. Həmin siqnalı ala bildiz?
- İlk siqnal pozitiv gəldi. Onların göstərdiyi oyundan razı qaldım. Uzun müddət oyunamayan futbolçular da yaxşı mübarizə apardılar. Bu, məni sevindirir.
- Höccət Haqverdi bu gün müdafiənin mərkəzində oynadı. Bundan sonra da onu həmin mövqedə oynadacaqsız?
- Biz Höccəti mərkəz müdafiəçisi kimin gətirmişik. Bu gün Ömərə şans verdik. Göründü ki, yaxşı formadadır. Ömər həm müdafiədə etibarlıdır, həm də hücumlara yaxşı qoşulur. Ümid edirəm ki, Höccətin zədəsi ciddi deyil.
- Komandanın stabil çıxış etməsi üçün nə çatmır?
- Çoxlu futbolçu lazımdır.
- Müqaviləsi bitən futbolçularla bağlı durum nə yerdədir?
- Bildiyim qədərilə müqaviləsi bitən bütün futbolçuarla danışıq olub. Bəziləri yeni sözləşmə imzalayıb. Hazırda bütün diqqətimiz mövsümün sonuna köklənib.
- Əks-hücumda oynamağınızın səbəbi nə idi?
- Desəm ki, taktikamız belə idi, yalan danışmış olaram. Planımız o idi ki, ilk hissədə qol vuraq. Boqomolskinin qol vurmaq üçün yaxşı fürsəti var idi. Məni narahat edən ilk hissənin sonunda qapımızda belə qol buraxmaq idi. Həftə ərzində standart vəziyyətlərin üzərində çox çalışmışdıq. Hamı son saniyəyə kimin oyuna köklənməlidir.
- Şayiələr var ki, xarici klublardan təklifləriniz var. Bu haqda məlumat verə bilərsiz?
- Şaiyələri şərh edə bilmərəm. Deyə bilərəm ki, burada olacağam.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ