"Real"ın baş məşqçi planı - Əfsanəvi futbolçuya şans veriləcək?
Tarix: 8-02-2023, 11:34
Baxılıb: 346
Google+ Paylaş
Tumblr Paylaş

"Real"ın baş məşqçi planı - Əfsanəvi futbolçuya şans veriləcək?

8-02-2023, 11:34

"Real" klubu baş məşqçisi Karlo Ançetlottini istefaya göndərməyə hazırlaşır.
Publika.az xəbər verir ki, komandanın son zamanlardakı uğursuz nəticələri baş məşqçiyə olan inamı azaldıb. La Liqanı və ya Çempionlar Liqasını qazana bilməsə, 64 yaşlı mütəxəssislə yollar ayrılacaq.

İspaniya mətbuatı iddia edir ki, "Real" rəhbərliyi artıq Karloya əvəzləyici tapıb. "Kral klubu" əfsanəvi hücumçusu Raul Qonzalesi komandanın "sükanı arxasına" gətirməyi planlaşdırır. O, hazırda Madrid təmsilçisinin gənclər komandasının sükanı arxasındadır.
46 yaşlı çalışdırıcı bu yaxınlarda İngiltərənin "Lids" klubunun təklifini rədd edib. Buna səbəb kimi məhz "Real" rəhbərliyindən xəbər gözləməsi göstərilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ