"Real" dünya çempionatına onlarsız yollandı
Tarix: 7-02-2023, 12:15
Baxılıb: 381
Google+ Paylaş
Tumblr Paylaş

"Real" dünya çempionatına onlarsız yollandı

7-02-2023, 12:15

Klublararası dünya çempionatında iştirak edəcək "Real"ın heyəti açıqlanıb.
Publika.az xəbər verir ki, Qapıçı Tibo Kurtua və hücumçu Kərim Benzemanın adı Mərakeşdəki turnirin iştirak ərizəsinə daxil edilməyib. Hər iki futbolçu zədə səbəbindən yarışda oynaya bilməyəcək. Madird klubu turnirə ümumilikdə 22 futbolçu ilə yollanıb.
“Real” klublararası dünya çempionatının yarımfinalında Misirin “Əl Əhli” komandası ilə üz-üzə gələcək. Digər yarımfinalda Braziliya “Flamenqo”su Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu ilə qarşılaşacaq.
Qapıçılar: Lunin, Lopes, Kanisares.
Müdafiəçilər: Karvahal, Alaba, Valexo, Naço, Odriosola, Ryüdiqer, Marvel.
Yarımmüdafiəçilər: Kroos, Modriç, Kamavinqa, Valverde, Çuameni, Sebalyos, Marten, Aribbas.
Hücumçular: Asensio, Vinisius, Rodriqo, Mariano.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ