"Qarabağ"ın gözü Bakıda - Təqibçiləri bir-birini "didəcək"
Tarix: 26-01-2023, 09:56
Baxılıb: 244
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ"ın gözü Bakıda - Təqibçiləri bir-birini "didəcək"

26-01-2023, 09:56

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Şamaxı” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.
Turun sonuncu və mərkəzi oyununda isə lider “Qarabağ”ın iki əsas izləyicisi – “Sabah”la “Neftçi” komandaları üz-üzə gələcək.
Xatırladaq ki, daha öncə “Kəpəz” doğma meydanda “Qəbələ” ilə heç-heçəyə (2:2) razılaşıb, “Turan Tovuz” evdə “Qarabağ”a (2:3), “Sumqayıt” isə səfərdə “Zirə”yə (1:3) məğlub olub.
Azərbaycan Premyer Liqası, 19-cu tur
26 yanvar
14:00 Şamaxı – Səbail
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov.
Şamaxı şəhər stadionu.
19:00 Sabah – Neftçi
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev.
Masazır. “Əlincə Arena”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ