"Neftçi" braziliyalı hücumçu ilə anlaşdı
Tarix: 23-01-2023, 09:54
Baxılıb: 267
Google+ Paylaş
Tumblr Paylaş

"Neftçi" braziliyalı hücumçu ilə anlaşdı

23-01-2023, 09:54

“Neftçi” qış transfer pəncərəsində 3-cü transferini reallaşdırmağa hazırlaşır.
Publika.az-ın məlumatına görə, "ağ-qaralar" Yaponiyanın “Çiba” komandasının braziliyalı hücumçu Mateus Bonifakio Saldanya Marinyo ilə razılığa gəlib. 24 yaşlı forvardın transferini tamamlamaq üçün Asiya təmsilçisi ilə danışıqlar davam edir. Tərəflər anlaşmağa çox yaxındır. Yaxın günlərdə paytaxt təmsilçisinin 3-cü transferini açıqlayacağı gözlənilir.
Mateus son 6 ayı icarə əsasında Çin Super Liqasında - “Çendu Tsyanbao” klubunda çıxış edib. O, Braziliyanın “Bahiya” klubunun da formasını geyinib.
Qeyd edək ki, "Neftçi" qış transfer pəncərəsində müdafiəçi Höccət Haqverdi və yarımmüdafiəçi Kilan Lebonu heyətinə qatıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ