Qurbanovdan VACİB TAPŞIRIQ: "Qarabağ" bu mövqeyə axtarışları gücləndirdi
Tarix: 18-01-2023, 01:03
Baxılıb: 292
Google+ Paylaş
Tumblr Paylaş

Qurbanovdan VACİB TAPŞIRIQ: "Qarabağ" bu mövqeyə axtarışları gücləndirdi

18-01-2023, 01:03

Antalyadakı təlim-məşq toplanışı zamanı əvvəlcə Abbas Hüseynovu, ardınca isə Şahruddin Məhəmmədəliyevi zədə səbəbi ilə itirən "Qarabağ" transfer çalışmalarını sürətləndirib.
Klubdan Reportyor.tv-yə verilən məlumata görə, baş məşqçi Qurban Qurbanovun göstərişi ilə klub xüsusilə qapı xətti üçün axtarışları gücləndirib. Şahruddini əvəzləyəcək qolkiper həm yerli, həm də xarici bazarda axtarılır.
Klubun menecerləri qısa zaman kəsiyində 50 yaşlı mütəxəssisə seçim etmək üçün siyahı təklif etməlidirlər. Əsas məsələ isə yeni qapıçının Konfrans Liqasının 1/16 final mərhələsində baş tutacaq "Gent"lə oyunlara hazır olmasıdır.
Qeyd edək ki, komandanın əsas qolkiperi olan Şahruddin Məhəmmədəliyev məşq prosesi zamanı zədələnərək təqribən 2 aylıq sıradan çıxıb.
Heybət Məmmədov


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ