"Gent"in düşərgəsindən "Qarabağ"a şad xəbər
Tarix: 17-01-2023, 18:26
Baxılıb: 283
Google+ Paylaş
Tumblr Paylaş

"Gent"in düşərgəsindən "Qarabağ"a şad xəbər

17-01-2023, 18:26

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la üz-üzə gələcək “Gent”in kapitanı Vadis Ocica-Ofoe təmsilçimizlə oyunları buraxa bilər.
Publika.az xəbər verir ki, 34 yaşlı futbolçu zədələnib. Bu barədə Belçika mətbuatı məlumat yayıb.
O, ölkə çempionatının 20-ci turunda - “Kortreyk”lə matçda (2:1) sıradan çıxıb. Qarşılaşmanın 16-cı dəqiqəsində zədələnərək əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub.
Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı ilk görüşünü fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə bundan bir həftə sonra Belçikada keçiriləcək.
Heybət



Bizi Telegram-da izləyin


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ