Qətər FİFA-nı aldatdı – Pivəyə qadağa qoydu
Tarix: 18-11-2022, 16:30
Baxılıb: 256
Google+ Paylaş
Tumblr Paylaş

Qətər FİFA-nı aldatdı – Pivəyə qadağa qoydu

18-11-2022, 16:30

Qətər dünya çempionatının başlamasına iki gün qalmış stadionlarda pivə satışını qadağan edib.
reportyor.org xəbər verir ki, futbol arenalarında azarkeşlərə yalnız sərinləşdirici içkilər təklif olunacaq.
“The New York Times” qəzetinin yazdığına görə, adının açıqlanmasını istəməyən rəsmi şəxs stadionda spirtli içkilərin satışına qadağa qoyulduğunu təsdiqləyib. Bildirilir ki, Qətər qısa zamanda bununla bağlı açıqlama verəcək.
Qeyd edək ki, daha əvvəl Qətərlə FİFA arasında stadionlarda pivə satışı ilə bağlı razılıq əldə edilmişdi. Qərar alınmışdı ki, stadionlarda xüsusi zonalar yaradılacaq və azarkeşlər oradan pivə ala biləcəklər. Bu razılığın əldə olunması sponsorların FİFA-ya təzyiqindən sonra əldə edilmişdi.
Xatırladaq ki, DÇ-2022-də ilk oyun bazar günü, noyabrın 20-də baş tutacaq. Qətər millisi Ekvadorla qarşılaşacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ