Babası eyham vurdu, amma ad çəkmədi
Tarix: 6-11-2022, 16:37
Baxılıb: 329
Google+ Paylaş
Tumblr Paylaş

Babası eyham vurdu, amma ad çəkmədi

6-11-2022, 16:37

"Barselona"nın müdafiəçisi Jerar Pikenin babası Amador Bernabeu nəvəsinin karyerasını bitirmək qərarına münasibət bildirib.
reportyor.org xəbər verir ki, Pikenin babası bəzi mətləblərə eyham vurub. O, “Sport.es” portalına verdiyi açıqlamada belə deyib:
“Çox böyük duyğu və kədər, mənfi və müsbət hisslərin qarışığı. Bu, gözləmədiyimiz sondur, amma bəzən məcbur qalırsan. Mən onu xoşbəxt və iddialı görürdüm, hələ oynaya bilərdi.
Jerar tələsik ayrıldı. Çünki təbiətinə və həyat tərzinə görə ehtiyat oyunçular skamyasında ola bilməzdi. Belə uzun karyera ərzində orada oturmağa alışmayıb.
Pike heç vaxt klub işinə görə “Barselona”nı tərk etməzdi. O, “Barselona”lıdır. Bizim kimi, bütün ailə ömrümüz boyu “Barselona”ya azarkeşlik etmişik.
“Barselona” bizim həyatımız və tariximizdir. O, heç vaxt “Barselona”nı tərk etməyəcək: insanlar başqa, klub başqadır. Laporta? Yox, mən o əraziyə girməyəcəyəm. Ad çəkmirəm”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ