Aİ səfiri “Qarabağ”ın qələbəsindən yazdı - FOTO
Tarix: 11-08-2022, 10:04
Baxılıb: 228
Google+ Paylaş
Tumblr Paylaş

Aİ səfiri “Qarabağ”ın qələbəsindən yazdı - FOTO

11-08-2022, 10:04

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Qarabağ” futbol komandasının oyununu heyrətamiz adlandırıb.
reportyor.org xəbər verir ki, səfir bu barədə tviter hesabında yazıb.
Komandanı bir daha təbrik edən diplomat “Qarabag”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandığını vurğulayaraq, onun oyununun heyrətamiz olduğunu qeyd edib.
Xatırladaq ki, "Qarabağ" avqustun 9-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Azərbaycan təmsilçisi Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olub. "Groupama Arena"da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.
"Qarabağ" ilk oyununu 16 və ya 17 avqustda evdə, cavab görüşünü isə 24 və ya 25 avqustda səfərdə keçirəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ