Ronaldu "MY"ni niyə tərk etmək istəyir?
Tarix: 23-07-2022, 15:36
Baxılıb: 378
Google+ Paylaş
Tumblr Paylaş

Ronaldu "MY"ni niyə tərk etmək istəyir?

23-07-2022, 15:36

"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldunun agenti Xorxe Mendeş müştərisi üçün uyğun komanda axtarışına başlayıb.
reportyor.org xəbər verir ki, bu barədə məşhur "Football Daily" nəşri məlumat yayıb.
Hazırda Ronaldunun Lissabonda öz nümayəndəsindən xəbər gözlədiyini yazan futbol dərgisi Mendeşin artıq "qızıl toplu" ulduz üçün uyğun komanda axtardığını qeyd edib. Bir qədər əvvəl KİV-lərdə məşhur forvardın Çempionlar Liqasında çıxış edəcək imkanlı klubda oynamaq istədiyi barədə xəbərlər yer almışdı.
""PSJ", "Atletiko" və "Çelsi" kimi varlı klublar Ronalduya maraq göstərsə də, onlar son anda portuqaliyalı hücumçunu satın almaq ideyasından əl çəkiblər. Kriştianonun özü "MY"-ni tərk etməkdən ötrü hətta illik qazancının 30 faizindən vaz keçməyə belə razıdır. Bir qədər əvvəl Ronaldu oynadığı klubun mövsümqabağı turnesinə getməkdən imtina edib. Az əvvəl "Mançester Yunayted"in başqa bir məşhur futbolçusu Rafael Varan Ronaldunun klubdan ayrılmasının əleyhinə olduğunu bildirmişdi" - nəşr qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ