Azərbaycan güləşçiləri Türkiyədən 10 medalla qayıdır
Tarix: 6-04-2022, 01:20
Baxılıb: 423
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan güləşçiləri Türkiyədən 10 medalla qayıdır

6-04-2022, 01:20

Azərbaycanın sərbəst güləşçiləri Türkiyənin Kahramanmaraş şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb.
"Report"un məlumatına görə, "12 fevral" adlanan yarışda milli komandanın məşqçiləri Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında 14 güləşçi xalça üzərinə çıxıb.
Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala sahib çıxıblar. Yekunda 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan yığma komanda hesabında 2-ci yeri tutub.
Qeyd edək ki, Türkiyə, Azərbaycan, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilərin də mübarizə apardığı yarışda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ