Ronaldu instaqramda 400 milyon izləyici ilə rekorda imza atan ilk şəxs olub
Tarix: 7-02-2022, 03:09
Baxılıb: 458
Google+ Paylaş
Tumblr Paylaş

Ronaldu instaqramda 400 milyon izləyici ilə rekorda imza atan ilk şəxs olub

7-02-2022, 03:09

İngiltərənin “Mançester Yunayted” futbol komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu instaqram sosial şəbəkəsində 400 milyon izləyici sayına çatan ilk şəxs olub.
“Report” xəbər verir ki, əvvəllər sosial şəbəkənin heç bir istifadəçisində belə göstəricilər olmayıb.
Model Kayli Cenner (308 milyon) və PSJ-nin hücumçusu Lionel Messi (306 milyon) da instaqramda ən çox izlənən insanlar arasındadır.
Qeyd edək ki, Ronaldu 2021-ci ilin avqustundan "Mançester Yunayted"də çıxış edir və 15 milyon avroya "Yuventus"a keçib. Kriştianunun komanda ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir. Ronaldu bu mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasının qrup mərhələsində 5 matçda 6 qol vurub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ