Ronaldinyo həbsdən azad edildi
Tarix: 8-04-2020, 02:50
Baxılıb: 542
Google+ Paylaş
Tumblr Paylaş

Ronaldinyo həbsdən azad edildi

8-04-2020, 02:50

Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo Paraqvay həbsxanasını tərk edib.
Bu barədə “Report” “Football Espana”ya istinadən xəbər verir.
Məlumata görə, Ronaldinyo həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Beləliklə, sabiq futbolçu həbsxanada 1 ay keçirib.
Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular. Martın 5-də Paraqvayın baş prokuroru braziliyalının həbsinə order verib. Amma növbəti gün sabiq futbolçu həbsdən azad edilib.
Lakin bir neçə saat sonra Ronaldinyo yenidən baş prokurorluğun sorğusu əsasında həbs olunub. Məhkəmə onun həbs müddətini altı aya qədər uzatmaq barədə hökm çıxarıb. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ