"Qarabağ"da ŞOK AYRILIQ! – Son anda ondan İMTİNA OLUNDU
Tarix: 27-05-2024, 12:41
Baxılıb: 298
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ"da ŞOK AYRILIQ! – Son anda ondan İMTİNA OLUNDU

27-05-2024, 12:41

«Qarabağ»da günlərlə, həftələrlə, hətta aylarla danışılacaq şok hadisə baş verib.

Ağdam klubu Andrey Lunyovla danışıqları son anda dayandırıb və onunla yolları ayırmağı vacib sayıb.

«Köhlən atlılar» ötən ilin yayında sıralarına qatdığı rusiyalı qapıçıya başqa komandalarla danışıqlar aparmaq icazəsi verib.

Mövsümlərarası fasilədə «Bayer»dən gəlmiş və 1+1 illik müqaviləyə imza atmış 32 yaşlı kiperin maliyyə şərtləri ilə bağlı irəli sürdüyü yeni şərtlər ondan imtinaya səbəblərin başında gəlir.
 

İyunun 3-də, «Zirə» ilə ölkə kubokun final matçından sonra bu xəbərin rəsmən açıqlanması nəzərdə tutulur. Bəlkə də Lunyov ona qədər düşərgəni birdəfəlik tərk elədi.  /SPORTİNFO.AZ


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ