O da Ərəbistana üz tutdu
Tarix: 31-01-2024, 11:03
Baxılıb: 374
Google+ Paylaş
Tumblr Paylaş

O da Ərəbistana üz tutdu

31-01-2024, 11:03

"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Publika.az xəbər verir ki, "Əl-Şəbab" 35 yaşlı xorvatiyalı futbolçunu heyətinə qatdığını rəsmən elan edib. Onunla bir illik müqavilə imzalanıb. Son klubu "Sevilya" olan Rakitiç ərəblərlə azad agent statusu ilə müqavilə imzalayıb.
Bu mövsüm o, bütün turnirlərdə 27 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
İvan Rakitiç bütün karyerasını Avropada keçirib. “Bazel”, “Şalke” və “Barselona”da çıxış edib. Rakitiç "Sevilya" ilə iki dəfə Avropa Liqasının, həmçinin "Barselona" ilə Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. O, kataloniyalılarla dörd dəfə La Liqanı və eyni sayda İspaniya kubokunu qazanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ