Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı
Tarix: 31-01-2023, 01:38
Baxılıb: 321
Google+ Paylaş
Tumblr Paylaş

Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

31-01-2023, 01:38

Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 1159 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini D.Kazımov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun gecə saatlarında, sahibinin evdə olmamasından istifadə edərək həmin evə daxil olduğu və oğurladığı məişət əşyalarını Bakı şəhəri ərazisinə apararaq orada satdığı müəyyən edilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ